• Bakı 18° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Aİ qaz istehlakını azaldır

DÜNYA

06 Avqust 2022 | 00:15

Aİ qaz istehlakını azaldır

Avropa İttifaqı (Aİ) ölkələri bu qış təbii qaza tələbatın 15% azaldılması planını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə avqustun 5-də Aİ Şurası bəyanat yayıb.

“Aİ-nin enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şura bu gün qışda təbii qaza tələbatın könüllü olaraq 15% azaldılmasına dair qətnamə qəbul edib”, - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, qaza tələbatın azaldılmasında məqsəd Rusiyadan qaz nəqlində mümkün fasilələrə hazırlıqdır.

Xüsusi reqlament 1 avqust 2022-ci ildən 31 mart 2023-cü il tarixinədək qüvvədədir.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025