• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırdı

DÜNYA

04 Sentyabr 2022 | 23:25

İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırdı

İran dünya nizamına təhlükədir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Almaniyaya səfəri zamanı İsrail Prezidenti İsxak Hersoq deyib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerə müraciət edən Hersoq, deyib ki, nifrət qüvvələri ilk növbədə İrandan gəlir.

“İran açıq şəkildə İsraili məhv etməyə çalışır və dünya ictimaiyyəti onunla ciddi və sərt davranmalıdır”, - deyə İsrail Prezidenti vurğulayıb

Hersoq İran hakimiyyətinin etibarlı olmadığına inandığını bildirib.

“İran sübut etdi ki, ona etibar etmək olmaz. Bu ölkə dünya düzəninə təhdiddir”,- deyə Hersoq bildirib.

İsrail prezidenti vurğulayıb ki, ölkəsi ərazi bütövlüyünə dair təhdidləri qəbul etmir. Hersoq bildirib ki, İsrailin müttəfiqləri bundan sonra onun arxasında möhkəm dayanmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026