• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Alberto Fuximori vəfat edib

DÜNYA

12 Sentyabr 2024 | 07:44 | Müəllif: Əli Hüseynov

Alberto Fuximori vəfat edib

Perunun 15 ildən artıq həbsdə olan keçmiş dövlət başçısı Alberto Fuximori vəfat edib.

Bakıvaxtı.az xarici mənbələrə istinadla xəbər verir ki, bu barədə onun qızı Keyko Fuximori məlumat verib.

“Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə dünyasını dəyişib”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2009-cu ildə Fuximori insan hüquqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə, həmçinin, onun 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada doqquz tələbənin və bir universitet müəlliminin qaçırılaraq öldürülməsində iştirakını sübuta yetirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026