Aleksey Arestoviç Prezident Aparatının ştatdankənar müşaviri vəzifəsindən istefa verib.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, o, sosial şəbəkələrdə istefa ərizəsini göstərib.
"Mən istefa məktubu yazdım. Sivil davranış nümunəsi göstərmək istəyirəm. Prinsipial səhv istefa deməkdir", - deyə Aretoviç qeyd edib.
Bununla belə, o, qərarın qəti olub-olmadığını dəqiqləşdirməyib.
"Keçən dəfə mən gedəndə ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq", - deyə əlavə edib.
A.Arestoviçin Prezident Aparatından, eləcə də Donbas üzrə Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin spikeri vəzifəsindən də istefa verdiyi iddia olunsa da, bu, təsdiqini tapmayıb.
Qeyd edək ki, yanvarın 14-də Aleksey Arestoviç rusiyalı Mark Feyqinlə söhbətində Rusiya raketinin Dneprdəki hündürmərtəbəli binaya düşməsinin Ukrayna hava hücumundan müdafiə sisteminin işinin nəticəsi olduğunu bildirib. Bu mesaj Kremlin təbliğatçıları tərəfindən dinc əhalinin qətlində Ukraynanın özünün günahkar olması barədə "düzgün" olduqlarının sübutu kimi dərhal yayıldı.
Daha sonra, Arestoviç aydınlaşdırıb ki, bu, sadəcə, "spekulyasiya" idi, Dneprdəki faciə isə hələ də Rusiyanın silahlı təcavüzünün nəticəsidir.
Ali Rada artıq Aretoviçin istefası ilə bağlı imza toplamağa başladığını açıqlayıb.
İsmayıl Alısoy
















