• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tacikistanda qar uçqunu: Ölənlərin sayı artır

DÜNYA

16 Fevral 2023 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

Tacikistanda qar uçqunu: Ölənlərin sayı artır

Tacikistanda qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Düşənbə-Varzob yolunun 65-ci kilometrliyində 4 avtomobil qar uçqunu altında qalıb. Sürücülərdən biri dünyasını dəyişib.

Xoroq şəhərində (Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi) qar uçqunu 22 yaşayış binasına ziyan vurub, onlardan dördü tamamilə dağılıb. Dörd qadın və dörd yaşlı oğlan və qız ölüb.

Tacikistan Prezidenti Emoməli Rəhmon ölkənin Baş nazirinə, Dağlıq Bədəxşan Muxtar Vilayətinin rəhbərliyinə, Daxili İşlər Nazirliyinə təbii fəlakətin nəticələrinin tez bir zamanda aradan qaldırılması və maddi yardım göstərilməsi üçün tədbirlər görməyi tapşırıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026