Almaniya hökuməti Bundesverin ehtiyatında olan 7 ədəd “Panzerhaubitze 2000” özüyeriyən haubitsalarını Ukraynaya göndərmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri mənbəyə istinadən yazıb.
Nəşr bildirib ki, hazırda Bundesverin balansında 119 ədəd “Panzerhaubitze 2000” haubitsaları var ki, onların da yalnız 40-ı döyüşə hazır vəziyyətdədir.
Qeyd edək ki, aprel ayında Almaniya müdafiə naziri Kristin Lambrext Ukraynaya “Hepard” zenit raket qurğularının göndəriləcəyini bəyan etmişdi.
















