Almaniya 2024-cü illə müqayisədə Ukraynaya iqtisadi və hərbi yardımı azaldacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının hesabatında deyilir.
Məlumata görə, tədqiqat institutu Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini , lakin daha kiçik miqyasda olduğunu vurğulayıb.
“Rusiya və Dünya: 2025” illik proqnozunda Almaniyanın Ukraynaya təxminən 40 Leopard 1 tankı,15 İRIS-T orta və qısa mənzilli zenit-raket kompleksi, həmçinin Gepard özüyeriyən zenit-raket kompleksi təhvil verəcəyi bildirilib.
Qeyd olunub ki, Berlin Ukraynaya ikinci ən böyük yardım donorudur.
Mina Mikayılova