• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AMB xüsusi tənzimləmə rejimində iştirakla bağlı müddəti uzadıb

İQTİSADİYYAT

16 Yanvar 2025 | 14:57 | Müəllif: Əli Hüseynov

AMB xüsusi tənzimləmə rejimində iştirakla bağlı müddəti uzadıb

Azərbaycan Mərkəzi Bankı (AMB) innovativ maliyyə məhsullarının onun nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddətini 1 ay - fevralın 15-nə qədər uzadıb.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn məhsullar AMB ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür. Suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026