• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda DƏHŞƏT: Ana 1 yaşlı övladını... - YENİLƏNİB

HADİSƏ

12 Sentyabr 2022 | 13:53

Bakıda DƏHŞƏT: Ana 1 yaşlı övladını... - YENİLƏNİB

Suraxanı rayonu, Hövsan qəsəbəsində anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından verilən məlumatda deyilir:

“Uşağın adına poliklinikada heç bir sənəd açılmayıb. Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur”. 

Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib:

“Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur”.  (oxu.az)

***

10:28

Bakıda qadın körpə övladını qətlə yetirib.

Bakıvaxtı.az Suraxanı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 9-da  Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026