• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Antarktidada qarpız yetişdirildi

DÜNYA

03 Avqust 2023 | 19:15 | Müəllif: Subhan Mahmudov

Antarktidada qarpız yetişdirildi

Rusiyanın Antarktidada yerləşən "Vostok" elmi stansiyasında qarpız yetişdirilib.

Bakıvaxtı.az bildirir ki, "Vostok" stansiyasında çalışan alimlər uzun illərdir ki, son dərəcə aşağı temperaturda tədqiqatlar aparırlar.

Mütəxəssislər buz təbəqələrini öyrənir, həmçinin meteorologiya, geofizika, biologiya və astronomiya sahəsində işlər aparırlar.

Qütb stansiyası dəniz səviyyəsindən 3 488 metr yüksəklikdə yerləşir, qışda burada havanın temperaturu mənfi 80 dərəcəyə qədər enir.
Hətta belə şəraitdə alimlər qarpız kimi istiliksevər bir bitki yetişdirməyə və bir neçə yetişmiş meyvə əldə etməyə nail olublar.

Qeyd edilir ki, Antarktidada yetişdirilən qarpızın diametri cəmi 13 santimetr, çəkisi isə bir kiloqrama yaxın olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026