• Bakı 23° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

"Apple" öz yerini "Samsung"a verdi

Multİmedia

15 Aprel 2024 | 11:12

Apple öz yerini Samsunga verdi

"Apple" ən böyük smartfon istehsalçıları siyahısında liderliyini itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "IDC" tədqiqat şirkətinin məlumatında deyilir.

Ən böyük smartfon istehsalçılarının reytinqində “Apple” ikinci yerə enərək birinci yeri “Samsung”a verib.

Bu ilin yanvar-mart aylarında “Apple” smartfonlarının tədarükü təxminən 10 faiz azalıb. 2024-cü ilin birinci rübündə "Samsung" öz payını 20,8 faizədək artırıb, "Apple" isə bazara smartfonların 17,3 faizini təqdim edib. "Xiaomi" tədarük həcminə görə 14,1 faiz göstərici ilə üçüncü yeri tutub.

2023-cü ildə vəziyyət fərqli idi: tədarüklərin 20,1 faizi “Apple”, 19,4 faizi “Samsung”un payına düşüb.

Bildirilib ki, "Apple"ın performansı qismən Çində satışların azalması səbəbindən azalıbş\ş

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024