• Bakı 12° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Asəf Hacıyev yenə Baş katib seçildi

SİYASƏT

17 Noyabr 2023 | 14:48 | Müəllif: Qalib İbrahimoğlu

Asəf Hacıyev yenə Baş katib seçildi

Noyabrın 16-17-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 62-ci plenar iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Verilən məlumata görə, toplantıda Qara Dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolu, fövqəladə hallar zamanı əməkdaşlıq, uşaq hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub. Həmçinin iclasda bir sıra təşkilati məsələlərə baxılıb, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev qurumun Baş katibi vəzifəsinə yenidən seçilib.

    Yekunda qurumun növbəti sessiyasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

    Aytac Aslan


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Noyabr 2026