Atlantik okeanda 7,6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az bu barədə ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, yeraltı təkanların episentri ən yaxın yaşayış məntəqəsindən 2,4 min kilometr aralıda yerləşib.
Zəlzələ nəticəsində sunami təhlükəsi elan edilməyib.
















