• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropada DƏHŞƏT: uşaqlarda orqan yetməzliyinə səbəb olan hepatit yayılır

DÜNYA

19 Aprel 2022 | 05:13 | Müəllif: Qalib İbrahimoğlu

Avropada DƏHŞƏT: uşaqlarda orqan yetməzliyinə səbəb olan hepatit yayılır

Avropa dövlətlərində Britaniyanın ardıyca, İspaniyada da uşaqlar arasında hepatitin ağır formasına tutulma halları aşkarlanıb.

Bakıvaxtı.az bakupost-a istinadla xəbər verir ki, ÜST bununla bağlı beynəlxalq həyəcan təbili çalır.

Qaraciyər mütəxəssisləri bu xəstəliyin mənbəyi, belə sürətlə baş verməsi və uşaqlarda orqan çatışmazlığına gətirib çıxarmasının səbəblərini hələ anlaya bilmirlər.

Bəzi xəstələrə hətta təcili qaraciyər köçürülməsi də tələb olunub. İspaniyada artıq 5 uşaqda belə qəribə vəziyyət yaranıb.

La Razonun məlumatına görə, xəstələnənlər 2-7 yaş arası uşaqlardır.

Onların koronavirusdan sonra qaraciyərinin sıradan çıxıb-çıxmaması arasında əlaqə də təhlil edilir.

Böyük Britaniyada təkcə mart ayında 70 uşaqda - 2-5 yaş arası qaraciyərlə bağlı qəribə simptomlar görünməyə başlayıb: ürəkbulanma, qusma, mədə-bağırsaq işində pozulma, sarılıq.

Artıq 10 uşağa qaraciyər köçürülməsi barədə qərar verilib.

ÜST Britaniya nümayəndəliyi virusun belə aqressiv hücumunun mənbəyinmi tapa bilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026