• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Avropanın ən işlək aeroportu seçildi

DÜNYA

24 Avqust 2024 | 17:07 | Müəllif: Gülşən Şərif

Avropanın ən işlək aeroportu seçildi

İstanbul hava limanı gündə orta hesabla 1510 uçuşla bu ay Avropa aeroportları arasında birinci sırada yer alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Aviasiya Statistika Qurumunun avqust ayına olan hesabatında bildirilib.

Hesabata əsasən, İstanbul aeroportu Avropada ən çox uçuş həyata keçirən hava limanı seçilib.

Siyahıda ikinci sırada Amsterdamdamın “Schiphol” aeroportu (1428 reys), üçüncü yerdə isə olimpiya oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdəki “Şarl de Qoll” hava limanı (1412 reys) qərarlaşıb.

Siyahıda yer alan Türkiyənin Antalya aeroportu isə gündəlik orta hesabla 1034 uçuşla yeddinci sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026