İngiltərədə son günlər yağan güclü yağışlar nəticəsində bir çox ərazilər su altında qalıb.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, "Luton" hava limanına gedən yolları su basdığı üçün sərnişinlər saatlarla tıxacda qalıblar. Həmçinin Londonda metro və şəhərətrafı qatarların hərəkəti qismən dayandırılıb.
"Carabao Cup AFC Wimbledon" və "Newcastle United" matçı stadionun su altında qalması səbəbindən təxirə salınıb.
Hökumət daşqın qurbanlarına kömək etmək üçün səylərini davam etdirir.
Gülşən Şərif
















