ABŞ-də aparılan sorğu göstərir ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Trampı cüzi fərqlə qabaqlayır.
Bakıvaxtı.az CBS News və YouGov-un ABŞ-da 18-20 sentyabr tarixləri arasında keçirdiyi sorğuya istinadla xəbər verir ki, 3 min 129 qeydiyyatda olan seçicidən noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikirləri soruşulub.
Sorğunun nəticələri Harrisə verilən səslərin 52 faizə çatdığını və 48 faiz dəstək alan Trampı 4 faiz qabaqladığını göstərib.
Məlum olub ki, namizədin şəxsi xüsusiyyətlərinə üstünlük verən seçicilər Harrisə səs verib, Trampı dəstəkləyənlər isə namizədin siyasətinə diqqət yetiriblər.
Əli Hüseynov
















