• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Finlandiyada məhbuslar işə götürülür - Süni intellekt üçün

DÜNYA

23 Sentyabr 2024 | 16:07 | Müəllif: Gülşən Şərif

Finlandiyada məhbuslar işə götürülür - Süni intellekt üçün

Uzun müddətdir insanpərvər həbsxana təcrübələri ilə tanınan Finlandiya fərqli bir layihə ilə yenidən gündəmdədir.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, son iki il ərzində bəzi Finlandiya həbsxanaları ənənəvi həbsxana əməyindən kənara çıxıb.

Belə ki, Finlandiyada məhbusları rəqəmsal savadlılığın vacib olduğu gələcəyə hazırlamaq məqsədilə onlara süni intellektlə bağlı tapşırıqlar verilib. Bu təşəbbüs məhbusları müasir bacarıqlarla təchiz etməklə, təkrar cinayət nisbətlərini azaltmaq məqsədi daşıyır.

Lahiyəyə əsasən, Finlandiyada məhbuslar reabilitasiyanın bir hissəsi kimi məlumatları etiketləmək və təsnif etmək kimi süni intellekt işlərində iştirak edəcəklər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026