Yaxın Şərqdə İsraillə Hizbullah arasında gərginliyin artdığı bir vaxtda Çin İsraildəki vətəndaşlarını təhlükəsizlikləri üçün mümkün qədər tez vaxtda ölkəni tərk etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Çinin Təl-Əvivdəki səfirliyindən verilən açıqlamada İsrail-Livan sərhədində hərbi qarşıdurmaların artdığı və bu səbəbdən ölkədə təhlükəsizlik vəziyyətinin ağır, mürəkkəb və gözlənilməz olduğu bildirilib:
“İsraildəki Çin vətəndaşlarını mümkün qədər tez ölkələrinə qayıtmağa və ya daha təhlükəsiz bölgələrdə məskunlaşmağa çağırırıq”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən ay İsrailin Livana hava zərbələri endirdikdən sonra Çin öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırmışdı.
Əli Hüseynov
















