"Avroviziya 2022"də Azərbaycan şərhçisinin kimliyi açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, şərhçi müğənni-bəstəkar Murad Arif seçilib. Müsabiqə İctimai Televiziyanın efirindən Murad Arifin şərhi ilə canlı olaraq yayımlanacaq.
Qeyd edək ki, bu il ölkəmizi müsabiqədə Nadir Rüstəmli təmsil edəcək.
Yarışma mayın 10-dan 14-nə kimi İtaliyanın Turin şəhərində keçiriləcək.
















