• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Avtomobil aşdı - Sürücü öldü

HADİSƏ

27 Aprel 2023 | 09:44

Avtomobil aşdı - Sürücü öldü

Şəkidə avtomobil aşıb, sürücü ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, ötən gün axşam saat 20 radələrində Şəki rayonunun Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Mülayimov Vüqar Sabir oğlu “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026