• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Masallıda avtomobil kanala aşdı - sürücü öldü

HADİSƏ

26 May 2023 | 23:49

Masallıda avtomobil kanala aşdı - sürücü öldü

Masallı rayonunda avtomobil kanala aşıb, sürücü ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi “VAZ 217030” markalı avtomobil Miri Ağayevin idarə etdiyi “VAZ 21043” markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qəza nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb.

Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ 217030” markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır./azertac


SON XƏBƏRLƏR

28 Mart 2024