Dünən Lahıc yolunda ağır qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, İsmayıllı rayonu Namazgah kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəzadə Həsən Etiraf oğlu idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Sürücü H.Mirzəzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
















