• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Avtomobilindən 20 min manat oğurlandı

HADİSƏ

08 Avqust 2024 | 10:49

Avtomobilindən 20 min manat oğurlandı

Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Oğuz RPŞ-yə müraciət edən rayon sakini “Nissan” markalı avtomobilindən 20 min manat pulunun oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024