• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avtoqəza nəticəsində boru sıradan çıxdı: 11 min ailə qazsız qaldı - VİDEO

CƏMİYYƏT

24 Dekabr 2021 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

Avtoqəza nəticəsində boru sıradan çıxdı: 11 min ailə qazsız qaldı - VİDEO

İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.

Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz"dan bildirilib.

Verilən məlumata görə, nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.

Hal-hazırda sözügedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR