• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Axtarışa verilmiş şəxs Belarusdan Azərbaycana ekstradisiya edildi

CƏMİYYƏT

03 Avqust 2023 | 09:46

Axtarışa verilmiş şəxs Belarusdan Azərbaycana ekstradisiya edildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR