• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabadda narkokuryerlər saxlanıldı - FOTO

CƏMİYYƏT

02 Sentyabr 2023 | 09:04

Cəlilabadda narkokuryerlər saxlanıldı - FOTO

Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Onlar həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı alıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar.

Cəlilabad şəhəri ərazisində saxlanılan həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Cəlilabadda narkokuryerlər saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026