Bəzən biz hadisələrin dərinliyə enmədən, həyatımıza mane olan nələri və ya kimlərisə seçirik. Biz uzun müddət onlardan ayrıla bilmirik, nəticədə bu, rifahımız üzərində mənfi təsir yaradır.
Bakıvaxtı.az oxucuları bürclərin həyatına mane olan səbəblərlə tanış edir.
Əlbəttə ki, bəzi vərdişləri tərgitmək çətin ola bilər, lakin siz bunlarsız özünüzün ən yaxşı versiyasını yarada biləcəksiniz. Unutmayın ki, mümkün çətinliklərə baxmayaraq, bununla öz missiyanızın yerinə yetirilməsinə yaxınlaşacaqsınız.
Qoç
İnsanlardan gözləntilərinizi minimuma endirməlisiniz. Planların gözləndiyi kimi baş tutmamasında faciəvi heç nə yoxdur. İşləriniz qeyri-ideal alınsa da, uzunmüddətli perspektivdə bu, sizə onsuz da xeyir gətirəcək. Odur ki, ətrafınızdakı hər bir hadisəyə nəzarət etməyə son qoyun və sadəcə axın ilə üzməyi öyrənin.
Buğa
Eqonuzu sakitləşdirməyi öyrənin. Bəlkə də siz onun bütün gücündən xəbərdar deyilsiniz, amma aqo sizə irəliləməyə mane olur. Sizə yaxınlaşmaq və ünsiyyət qurmaq çətindir, çünki insanlar bu eqoların arxasındakı əsl üzünüzü görə bilmir.
Səmalardan yerə enib real dünyaya qayıdın. Həyat onu buludlar üstündə uçaraq keçirtmək üçün çox qısadır. İnsanlar sizi sevir və yanınızda olmaq istəyir, amma eyni ruhda davam etsəniz, onları özünüzdən itələyəcəksiniz. Onlar sizi əbədiyyətə qədər gözləmək fikrində deyil.
Əkizlər
Son vaxtlarda sizi izləyən məişət qayğıları və narahatlığı bir kənara qoymaq vaxtıdır. Yadda saxlayın ki, sizi narahat edən şeyi dəyişdirə bilmərsiniz, amma narahatlıqları "qidalandırmaqdan" əl çəkə bilərsiniz.
Əks halda onların sizi tükətməsinə, bütün enerjinizi sovurmasına icazə verəcəksiniz. Daxili gücünüzü oyadın və daha iradəli olun.
Xərçəng
Həyata qarşı münasibətinizi dəyişdirməyə çalışın. Artıq ətrafdakı hər kəs davranışınızdan bezib. Kənardan elə görünür ki, sanki sıxılmısınız və bunun qarşısını almaq üçün heç bir şey etmək istəmirsiniz. Dostlar və yaxınlar bu vəziyyətə dözür, lakin onların səbri də tükənmək üzrədir. Özünüzə gəlin və təvazökarlığın vacibliyini xatırlayın.
Şir
Mühakimə etmək vərdişini tərgidin. Çevrənizdəkilərdən daha yaxşı deyilsiniz və bu dünyada sizin kimi cəzbedici minlərlə insan tapmaq olar. Əlbəttə ki, heç kim unikallığınızdan şübhə etmir, amma davranışlarınızı dəyişməsəniz, nəticədə təhnalığa doğru yuvarlanacaqsınız. Mərhəmətli olun və davranışlarınızın nə ilə nəticələnəcəyi barədə düşünməyi öyrənin.
Qız
Nəzarət etmək ehtirasından əl çəkin. Bütün işlər istədiyiniz kimi getməyə bilər. Bəzən həyat gözlənilməz zərbələr endirir və bunun qarşısını almaq imkansızdır.
Həssas olsanız da, bunu xeyrinizə istifadə etməyə başlamalısınız. Qarşınızdakı qapıları açın, amma səhnəyə çıxmayın. Ətrafımızda baş verən hadisələr bəzən göründüyü kimi olmaya bilər.
Tərəzi
Başqalarına yarınmaq ehtiyacını aradan qaldırmalısınız. Özünüzə aidsiniz və önəmli olan özünüz haqqında nə düşündüyünüzdür. Kimisə məmnun etməyə ehtiyac yoxdur.
Ərqəb
Sizi addım-addım izləyib gəmirən günah duyğusundan xilas olun. Hər şeyin günahkarı siz ola bilmərsiniz, odur ki, heç nəyi dəyişdirməyə qadir deyilsiniz. Mümkün olduqca güclü qalmağa çalışın və addımların sizi hansı yola apardığına baxın. Məsələ ondadır ki, nəticə siz təsəvvür etdiyinizdən daha fərqli ola bilər.
Oxatan
Başqası kimi görünməyə çalışmayın, bu qədər qərarsız olmayın və bir müddət bir yerdə qalmağı öyrənin. Sevginin ön plana keçməsinə ivazə verin və bunun nə ilə nəticələnəcəyini izləyin.
Sizinlə vaxt keçirtmək əyləncəli olmasına baxmayaraq, geydiyiniz maska siz deyilsiniz. Səmimi və təbii olmaq istəyirsiniz? Onda maskanı atın. "Əsl mən"in üzə çıxmasına icazə verdiyiniz zaman hər şey dərhal öz yoluna düşəcək.
Oğlaq
Manipulyasiya etmək arzusundan əl çəkin. Başqalarını istəmədiyi işi yetrinə yetirməyə məcbur etmək yaxşı deyil. Ola bilsin ki, başqalarının hissləri barədə düşünmürsünüz, amma gələcəkdə bu, dəyişəcək və gördüyünüz səhnələr sizi çox narahat edəcək.
Həyatınızda iştirak edən insanlar oyuncaq deyil və onlara qarşı münasibət də müvafiq olmalıdır.
Dolça
Həyata mənfi baxış bucağını dəyişin. Hər şeyə müsbət tərəfdən baxmağa başlayın, belə münasibət vaxt keçdikcə həyatınızı möcüzəvi şəkildə dəyişəcək. Əlbəttə, indi çətin görünə bilər, amma unutmayın ki, dayanmaq olmaz və hər şey alınacaq. Özünüzə inanın.
Balıq
Gərginliyi və asılılıq duyğusunu aradan qaldırın. Həyatın mənası yalnız bir ömür-gün yoldaşı tapmaq və həmişə onunla birlikdə vaxt keçirməkdən ibarət deyil. Bəlkə də ayrı keçirtdiyiniz vaxt hər şeyi öz yerinə qoyacaqdır.
Əlbəttə, ayrılıq çox ağrılı ola bilər, amma hər şeyin səbəbi var. (publika.az)