• Bakı 20° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Talıbovların məşhur restoranı məhkəməyə verildi

CƏMİYYƏT

31 Oktyabr 2023 | 17:54 | Müəllif: Subhan Mahmudov

Talıbovların məşhur restoranı məhkəməyə verildi

Nəqşicahan Holdinq LTD Şirkətlər Qrupuna daxil olan “Batabat” restoranı MMC və Nəqşicahan Qrup Şirkətləri İttifaqı MMC məhkəməyə verilib.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının (NMR) Kommersiya Məhkəməsinə müraciət olunub.

Sözügedən şirkətlərə maddi ziyanın ödənilməsi tələbi irəli sürülüb.

İş icraata götürülüb və noyabrın 6-da hakim Elşən Salmanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Nəqşicahan Holdinq”in əvvəlki sahibi NMR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Bir müddət əvvəl holdinqin yerləşdiyi bina “Himal Holdinq”ə satılıb.

Bu ilin avqust ayında isə “Nəqşicahan Group Şirkətlər İttifaqı” “Saat Meydanı” MMC-yə qoşulması şəklində yenidən təşkil olunub və həmin şirkətin hüquqi varisidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026