• Bakı 11° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

Nazir olaraq nə edə bilərəm ki?..

CƏMİYYƏT

30 Noyabr 2023 | 17:24

Nazir olaraq nə edə bilərəm ki?..

“Dünya təcrübəsində məktəbin valideyn komitəsi olmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib “Mənim ən böyük arzum odur ki, ümumi kateqoriyalardan xüsusi kadeqoriyalara keçək” deyən nazir qeyd edib ki, “bəzi məktəbdə pul yığılır” dedikdə qeyri-müəyyənlik olur. Onun sözlərinə görə, hansısa ad günlərində hədiyyə edilirsə, bu səhvdir: “Əgər konkret müraciət olunursa, nəzarətə götürülür. Mən keçən dəfə də dedim ki, 8 martda müəllimlərə hədiyyə verməyin. Məsələn, necə edək ki, piyada keçiddən keçsin? Gərək hamının yanına nəzarətçi qoyaq. Siz inanırsınız ki, bizim sehirli çubuğumuz var, nəzarət mexanizmi olsa bu edilməyəcək? Əgər vətəndaş şikayət edirsə, biz buna baxırıq. Ancaq hər iki tərəfin bundan məmnun olduğu hallar var. Məsələn, keçən yay valideynin müəllimə qızıl verdiyi videolar çıxmışdı. Mən nazir olaraq nə edə bilərəm ki, onu etməsin? Mən deyirəm, bu ayıbdır, ancaq cəmiyyət olaraq ayıb olduğunu anlamırıq. Kimsə məclisdə birinin qulağına sırğa taxır və siz məndən soruşursunuzsa, nə edə bilərik taxmasın? Əgər o məclisdəkilər, hamısı qınasa, ayıb olduğu bilinər”.

Aytac Aslan


SON XƏBƏRLƏR

04 Noyabr 2024