• Bakı 21° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Azər Axşam: "Sanki pozğunxanaya getmişəm"

ŞOU

01 Iyun 2026 | 11:30

Azər Axşam: Sanki pozğunxanaya getmişəm

"Çox vaxt insanlar komediya ilə satiranı səhv salırlar".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktyor, aparıcı Azər Axşam "Qafqazinfo"ya müsahibəsi zamanı deyib:

"Sovet dönəmində dramaturqların yazdığı satirik-komediyalara öyrəşmişik. Amma bir məsələ də var, onu göstərənlər demir ki, biz sənət nümayiş etdiririk. Məsələn, "Komedixana". Onlar deyir ki, işdən gəlmisən, yorğunsan, otur, biz səni əyləndirək, nəyə istəsən, gülərsən. İnsanlar isə tənqid edir: "Aaa, aktyorluq, Siyavuş Aslan, Yaşar Nuri..."

Yox, hara getdiniz, axı onların belə iddiası yoxdur. "Qız atası" da həmçinin elə idi. Orada dərinlik axtaranlar var idi, dedim ki, axtarma, atam. Bunlar yüngül janrdır. Tənqid edin ki, daha gülməli səhnələr olsun. Biz ancaq bunu tələb edirik: "Ver yeyim, ört yatım, gözlə canım çıxmasın". Arada baxıram, gülürəm, yaxşı alınır, deyirəm ki, kaş digər səhnələr də belə olsun. Hərdən mənə deyirlər, ora sənin yerin deyil, sanki mən pozğunxanaya getmişəm, oradakı adamlar bəyəm aşağıdır? Söymür ki, sizi güldürür də".


SON XƏBƏRLƏR

31 May 2026