• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi başlayır

İDMAN

07 May 2024 | 10:32

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq. Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də baş tutacaq.

Qeyd edək ki, bu raundun digər cütündə "NTD-İndiqo" və "Xəzri" münasibətlərə aydınlıq gətirəcəklər. İlk oyun mayın 8-də keçiriləcək.


SON XƏBƏRLƏR

18 May 2024