• Bakı 10° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır

SİYASƏT

26 Sentyabr 2023 | 23:10

Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır

Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.

Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.


SON XƏBƏRLƏR

28 Noyabr 2023