• Bakı 24° C

    13.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

CƏMİYYƏT

19 Iyul 2026 | 14:08

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

“Speed test Global Index” dünyada və Cənubi Qafqaz ölkələrində internetin sürətinə görə araşdırma aparıb.

Bakıvaxtı.az xəbər verir ki, iyun ayında Azərbaycan internetin sürətinə görə Cənubi Qafqazda 1-ci, dünya üzrə 98 ölkə arasında isə 46-cı sırada qərarlaşıb. Azərbaycanda mobil internetin orta sürəti 98,61 Mbps təşkil edib. Gürcüstan 17-ci, Ermənistan isə 61-ci yerdə qərarlaşıb. Ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində (672,87 Mbps) qeydə alınıb.

Sabit internet reytinqində isə Azərbaycan 149 ölkə arasında (92,18 Mbps) 84-cü, Ermənistan 85-ci (91,69 Mbps), Gürcüstan 107-ci (50,83 Mbps) yerdə qərarlaşıb. Ən sürətli sabit internet Sinqapurda (447,75 Mbps) olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026