• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb

CƏMİYYƏT

18 Avqust 2026 | 13:46

Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 22,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çox) 13 min 835 ton (-14 %), Qazaxıstana 111,5 min ABŞ dolları dəyərində (+88 %) 107,6 ton (+46 %) və Belarusa 15,38 min ABŞ dolları dəyərində (-49 %) 19,2 ton (+4 dəfə) məhsul satıb.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 16 min 758 ton albalı və gilasın 99,3 %-i Rusiyanın payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR