• Bakı 28° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Azərbaycanda su elektrik stansiyalarında istehsal 6%-ə yaxın artıb

İQTİSADİYYAT

18 Avqust 2026 | 11:30

Azərbaycanda su elektrik stansiyalarında istehsal 6%-ə yaxın artıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda su elektrik stansiyalarında 2 milyard 195,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 15 milyard 172 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır. İstehsalın 14 milyard 734,9 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib. Əmtəəlik elektrik enerjisinin istehsalı 2,5% azalıb.

Hesabat dövründə istilik elektrik stansiyalarında istehsal 11 milyard 441,5 milyon kilovat-saat olub və bu sahədə 8,7% azalma qeydə alınıb. Biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların enerji istehsalı isə 141 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2025-cü ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.

Külək elektrik stansiyalarında enerji istehsalı 606 milyon kilovat-saat olub. Bu səhədə istehsal ötən ilin müvafiq dövrünə nisbətən 22 dəfə artıb.

Günəş elektrik stansiyalarında istehsal 350,7 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 5% artıma bərabərdir.

Qeyd edək ki, hesabat dövründə 375,3 milyon kub metr həcmində su təmizlənib və bölüşdürülüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 4,5% çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026