• Bakı 29° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Azərbaycanda orta illik inflyasiya AÇIQLANIB

İQTİSADİYYAT

18 Avqust 2026 | 13:16

Azərbaycanda orta illik inflyasiya AÇIQLANIB

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 5.8 faiz, orta illik inflyasiya isə 5.7 faiz təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə orta illik ərzaq qiymətləri 6.6 faiz, qeyri-ərzaq qiymətləri 3.9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər isə 5.7 faiz artıb.

Hesabat dövründə manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 7.1 faiz artaraq 42 354.2 milyon manata, nağd pul kütləsi (M0) isə 5.8 faiz artaraq 18 994.8 milyon manata çatıb.

İlin birinci yarısında bank sisteminin kredit portfeli 5.8 faiz artaraq 31 821.3 milyon manat təşkil edib.

Bank sisteminin kredit portfelinin strukturunda ev təsərrüfatlarına ayrılan kreditlər 74.6 faiz üstünlük təşkil edib.

Məlumata görə, son bir ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 1.6 faiz bəndi azalaraq iyunun sonuna 27.9 faizə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026