• Bakı 29° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Bakıda qapı-qapı gəzən ŞÜBHƏLİ ŞƏXSLƏR - Jurnalistdən ŞOK PAYLAŞIM

CƏMİYYƏT

18 Avqust 2026 | 10:08

Bakıda qapı-qapı gəzən ŞÜBHƏLİ ŞƏXSLƏR - Jurnalistdən ŞOK PAYLAŞIM

Jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında qarşılaşdığı qəribə və narahatlıq doğuran hadisə ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalistin sözlərinə görə, mənzilinin zəngi çalındıqdan sonra qapını açarkən iki naməlum qadınla qarşılaşıb və onlar birbaşa rusdilli şəxslərin olub-olmaması ilə maraqlanıblar.

Hadisənin təfərrüatını bölüşən R.Qurbanlı bildirib ki, qadınlar təmiz rus dilini bilən şəxsləri axtardıqlarını qeyd ediblər:

"Qapımın zəngini çalıblar, açmışam 2 ifritəsifət qadındır. Birbaşa soruşur ki, evdə rusdilli var?

- Necə bəyəm?

- Bizə təmiz rus dilini bilənlər lazımdır.

- Nəyə görə?

- Siz bilirsiniz rus dilini?

- Bəli.

Dərhal keçdi rus dilinə ki, bəs sizə "radostnıy vest" (şad xəbərimiz) var".

Jurnalist bu şəxslərin küçə-küçə, qapı-qapı gəzərək naməlum təbliğat aparmasına və ya şübhəli fəaliyyətlə məşğul olmasına kəskin etirazını bildirib:

"Demək, bunlara küçələr, məhəllələr azlıq edib, keçiblər qapı-qapı insanlara öz 'radostnıy vest'lərini yaymağa? Və bunun qarşısını alan hələ də yoxdur?"

Sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunan bu paylaşım, mənzillərə yaxınlaşaraq şübhəli təbliğat aparan şəxslərlə bağlı aidiyyəti qurumların tədbir görməsi zərurətini gündəmə gətirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026