Xəbər verdiyimi kimi, ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib.
Bakıvaxtı.az xatırladır ki, futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib.
Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sisteminə qoşularaq həftədə bir dəfə gəlib futbol oynayırlar. Həmin şəxs futbol oynayanlarla gəlib və oyunun qurtarmasına az qalmış meydana çıxıb, orada həyatını itirib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi müvafiq araşdırmaların nəticəsindən sonra müəyyənləşəcək.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:
Bakı 



