Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 ölkəyə yeni səfirlər təyim edilib.
Bakıvaxtı.az xəbər verir ki, yeni təyinatlarla bağlı qərarlar “Rəsmi Qəzet”də dərc olunub.
Məlumata görə, Yakup Caymazoğlu Türkiyə Respublikasının Qətər Dövlətindəki, Hakan Karaçay İordaniya Haşimilər Krallığında, Can Oğuz Küveyt Dövlətində, Nazmiye Başaran Moldova Respublikasında, Hüseyn Özdemir Cibuti Respublikasında, Havva Yonca Gündüz Özçeri Estoniya Respublikasında, Senem Güzel Konqo Demokratik Respublikasında, Ahmet Aydın Doğan İran İslam Respublikasında və Ela Beşkardeş Karagöl Botsvana Respublikasında səfir təyin edilib.
Bundan əlavə, Türkiyə Respublikasının Cibuti Respublikasındakı səfiri Erdal Sabri Ergen və Türkiyə Respublikasının Şərqi Uruqvay Respublikasındakı səfiri Tunca Özçuhadar qərargahlarına geri çağırılıb.
Nərgiz Məmmədli
Bakı 



