Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, söhbət Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və qlobal hadisələri əhatə edib.
Ərdoğan ABŞ-İran gərginliyində diplomatik istifadənin maksimum dərəcədə artırılmasının vacibliyini vurğulayıb. Davamlı dialoqa ümid etdiyini bildirən Ərdoğan, Türkiyənin bölgədə sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətini qeyd edib.
Telefon danışığında söhbət zamanı Qəzza və İsrail də gündəmdə olub.
Ərdoğan bildirib ki, məqsədin Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçmək olduğu bir vaxtda İsrail administrasiyası tərəfindən fələstinliləri hədəf alan hərəkətlər artıb.
O, Türkiyənin bölgədə davamlı sülhə nail olmaq və Qəzzanın yenidən qurulması üçün atılan addımları dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Murad Məmmədli
Bakı 



