• Bakı 29° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Avropa çempionatı: Boksçumuz yarımfinalda

İDMAN

18 Avqust 2026 | 10:40

Avropa çempionatı: Boksçumuz yarımfinalda

Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

Bakıvaxtı.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.

Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026