• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir

CƏMİYYƏT

18 Avqust 2026 | 13:56 | Müəllif: Əli Hüseynov

Qazaxıstanda xərçəng əleyhinə yerli dərmanın klinik sınaqları keçirilir

Qazaxıstanın paytaxtı Astanada yeni yerli xərçəng əleyhinə DVC preparatının klinik sınaqlarının ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.

Onun sözlərinə görə, yeni yerli xərçəng əleyhinə DVC preparatı "Nazarbayev University" alimləri tərəfindən hazırlanıb. Hazırda ikinci mərhələ keçirilir, doza və insan orqanizminin reaksiyası yoxlanılır.

Əgər preparat ölkə daxilində satılacaqsa, onu ölkənin Səhiyyə Nazirliyi yoxlayacaq, beynəlxalq bazara çıxmaq istədikdə isə beynəlxalq qurumlara müraciət etmək lazım gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026