• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Braziliyada nəhəng neft ehtiyatları aşkarlandı

İQTİSADİYYAT

18 Avqust 2026 | 14:32

Braziliyada nəhəng neft ehtiyatları aşkarlandı

Braziliyanın Amazon sahilləri yaxınlığında həcmi 10 milyard barelə qədər olan böyük neft ehtiyatları aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMF 24" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkə hakimiyyəti artıq bu resursdan iqtisadi artım üçün istifadə etmək niyyətini açıqlayıb, eyni zamanda, ətraf mühitin qorunmasına söz verib.

Prezident Luis İnasiu Lula da Silva mətbuat nümayəndələrinə içərisində "qara qızıl" olan şüşəni şəxsən nümayiş etdirib.

O qeyd edib ki, şimal-şərq sahillərində tapılan yeni yataqlar Braziliyanın və dövlətə məxsus "Petrobras" şirkətinin gələcəyi üçün böyük bir fürsətdir.

Dövlət başçısı hasilat prosesinin ekoloji tələblərə riayət olunmaqla həyata keçiriləcəyini vurğulayıb.

Yeni yataqlar Amapa ştatının sahillərindən 180 kilometr aralıda tapılıb. İlkin ehtimallara görə, həmin ərazidə 720 milyard dollar dəyərində xammal ehtiyatı ola bilər. "Petrobras"ın baş direktoru Maqda Şambriar şirkətin bu məsələyə nikbin yanaşdığını, lakin dəqiq rəqəmlərin yalnız gələcək kəşfiyyat işlərindən sonra bəlli olacağını diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR