• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişdi

CƏMİYYƏT

07 Iyun 2024 | 22:10 | Müəllif: Subhan Mahmudov

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişdi

Zaqatalada hava kəskin dəyişib. Güclü külək əsir, leysan yağır, bəzi ərazilərə dolu düşüb.

Bakıvaxtı.az xəbər verir ki, axşam saat 19 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib. Rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin ərazisində güclü külək əsir, leysan yağır və bəzi ərazilərə qısa müddətli dolu düşüb.

Güclü külək səbəbindən Zaqatala şəhər və bir sıra kəndlərin ərazisində ağaclar aşıb. Dağlıq əraziyə yağan leysan yağışları səbəbindən Tala çayı və rayon daxili bir sıra çaylarda suyun səviyyəsi kəskin artıb.

Rayonun Yuxarı Tala kəndinin bir sıra ərazilərində həyətyanı sahələrinə yağış suları dolub. Hava şəraiti ilə bağlı rayonun 70 faiz ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026