• Bakı 24° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycan-Ermənistan sərhəddində nə baş verir? - Rəsmi açıqlama

GÜNDƏM

14 May 2021 | 17:10

Azərbaycan-Ermənistan sərhəddində nə baş verir? - Rəsmi açıqlama

Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.

Bakıvaxtı.az DSX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır", - deyə Mətbuat Mərkəzindən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026