• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan Kuboku: "Kəpəz" "Sabah"a rəqib olub

İDMAN

29 Noyabr 2023 | 16:07

Azərbaycan Kuboku: Kəpəz Sabaha rəqib olub

"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında "Sabah"a rəqib olub.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə təmsilçisi turnirin II təsnifat mərhələsində "Baku Sportinq" klubunu mübarizədən kənarlaşdırıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. "Sarı-göylər" əlavə vaxdat iki qol vuraraq mərhələ adlayıb.

Günün başa çatan ilk görüşündə "Qaradağ Lökbatan" "Şahdağ Qusar"ı minimal hesabla üstələyib - 1:0.

"Kür-Araz" - "Araz-Naxçıvan" görüşü saat 15:00-da başlayıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları dekabrın 30-da reallaşacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024