Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,22 ABŞ dolları və ya 0,25% artaraq 86,5 ABŞ dolları təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində isə “Brent” neftinin ixracına dair 2024-cü ilin aprel müqaviləsinin dəyəri 0,61% artaraq 1 barelə görə 79,18 dollar təşkil edib.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,51% artaraq 74,2 dollar olub.
















