• Bakı 23° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Azərbaycan Ordusunun hərbçisi yaralandı

HADİSƏ

11 Iyul 2023 | 18:10 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Ordusunun hərbçisi yaralandı

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR