• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Azərbaycan Rusiyadan “İsgəndər-M”lə bağlı ağlabatan açıqlama gözləyir”- Hərbi ekspert

GÜNDƏM, MÜSAHİBƏ

13 Aprel 2021 | 17:22

“Azərbaycan Rusiyadan “İsgəndər-M”lə bağlı ağlabatan açıqlama gözləyir”- Hərbi ekspert

Prezident İlham Əliyevin dünən Hərbi Qənimətlər Parkının açılışında “İsgəndər – M” raketi ilə bağlı “istədiyimi alacam” mesajına Rusiyadan cavab geçikməyib. 

Xatırladaq ki, Prezident Şuşaya atılan “İsgəndər – M” raketilə bağlı “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq” demişdi. 

Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Dağlıq Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının aşkar edilməsi məsələsi Rusiya və Azərbaycan hərbçiləri arasında dialoq şəraitində müzakirə olunur.

“Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı indiyə kimi verilən açıqlamalar nə Azərbaycan ictimaiyyətini, nə də dövlət başçısını qane etməyib. Əgər qane etsəydi, dünən Prezident İlham Əliyev bu məsələyə toxunmazdı”.

Bunu Bakivaxti.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib

. 

Ekspert qeyd edib ki, bunun araşdırılması qısa müddətdə mümkündür: “Araşdırmanın uzadılması hər birimizi narahat edir. Rusiyanın Azərbaycandakı səfiri öz kamerası ilə Hərbi Qənimətlər Parkına gedib “İsgəndər-M” raketinin üzərindəki seriya və partiya nömrəsini çəkib, qeydlərini aparsın. Bu məlumatı raketin hardan və necə Ermənsitana verilməsinin araşdırılması üçün Rusiyanın adiyyatlı qurumlarına göndərsin. Həmin qurumlar istehsalçı zavodla əlaqə saxlayırlar. Həmin zavod da bu seriyalı raketin nə zaman istehsal olunduğunu və hansı raket briqadasına və ya divizyonuna verildiyini açıqlayır.  

Bundan sonra Azərbaycanlı mütəxəssislər və deputat komissiyası birlikdə həmin hərbi hissəni ziyarət edirlər. Orada həmin seriya və paketli raketi tələb edirlər. Zavoddan raketi alan hərbi hissə əlbəttə raketi təqdim edə bilməyəcək. Çünki raketin qalıqları Azərbaycandadır. Sonra da hərbi hissədən izahat tələb olunmalıdır. Bu proses iki-üç gün çəkər.  

Ermənistanın atdığı raket atəşinin üzərindən 5 ay keçib. Amma tutarlı açıqlama yoxdur. Rusiya öz ərazisindən Hind okeanından atılan raketi izləyə bilir, amma Ermənistandan atılan raketi izləyə bilməyib? Biz ağlabatan açıqlama gözləyirik”.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR